Dünya

Şolts Əliyevi təbrik etdi: Makron çarəsiz duruma düşdü

15 Fevral 2024 21:13
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya kansleri Olaf Şolts həm İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi, həm də Azərbaycan dövlət başçısını fevralın 16-18-də Münhendə ənənəvi keçirilən Təhlükəsizlik Konfransına dəvət etdi. Bu vəziyyətdə Fransa Prezident Emmanuel Makron çıxılmaz vəziyyətdə qalıb.

Milli.Az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevə təbriki haqda qeyd edib.

O bildirib ki, Makron bir tərəfdən ermənipərəst mövqeyindən əl çəkmir, digər tərəfdən Olaf Şoltsdan sonra İlham Əliyevi təbrik etməkdən başqa alternativi qalmayıb:

"Münhen Təhlükəsizlik Konfransına xeyli prezident və baş nazir qatılacaq. Əgər həmin konfransa Makron da qatılacaqsa, onun İlham Əliyev ilə üz-üzə gəlmək ehtimalı var. Ona görə Makronun təbrik məktubu göndərmək üçün bir günü qalıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.