Dünya

Ararat Mirzoyan Brüsselə getdi

12 Fevral 2024 14:29
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.

Milli.Az report-a istinadən xəbər verir ki, görüş fevralın 13-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin iştirakı ilə baş tutacaq.

Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası prosesi, o cümlədən Ermənistanın həyata keçirdiyi islahatlar, eləcə də müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Ermənistan XİN başçısının səfəri iki gün davam edəcək.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.