Dünya

ABŞ Yəməndə husilərin qanadlı raketlərini vurdu

5 Fevral 2024 09:03
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ordusu Yəmənə növbəti zərbələr endirib və "Ənsar Allah" hərəkatının husi üsyançılarının qanadlı raketlərini hədəfə alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Fevralın 4-də Səna (Yəmənin paytaxtı-red) vaxtı ilə təxminən saat 05:30-da Mərkəzi Komandanlığın qüvvələri özünümüdafiə məqsədilə husilərə məxsus qanadlı raketi vurdu. Səna vaxtı ilə saat 10:30-dan etibarən Mərkəzi Komandanlıq qüvvələri Qırmızı dənizdəki gəmilərə hücuma hazır olan dörd gəmi əleyhinə qanadlı raketə hücum etdi", - komandanlığın "X"-dəki paylaşımında qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.