Dünya

Çilidə meşə yanğınları qurbanlarının sayı 112 nəfərə çatıb - YENİLƏNİB

5 Fevral 2024 07:26
Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

--------

07:26

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Saat 21:00-a (Bakı vaxtı ilə saat 04:00) dair məlumatı təqdim edirik. Bu vaxta qədər 112 nəfərin meyiti Valparaiso məhkəmə-tibb şöbələrinə daxil olub", - deyə məlumatda bildirilir.

Bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi.

Fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

--------

22:30

2024.02.04

Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çili Prezidenti Qabriel Boric məlumat verib.

"Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - deyə o bildirib.

Boric, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.