Dünya

Rusiya “Uşaq Əhməd”i yaradır?

3 Fevral 2024 08:43
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyası Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı Dmitri Kuznetsov "Uşaq Əhməd"in (Axmat) yaradılması ideyasını irəli sürüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

O, rusların gənc nəslinin tərbiyəsində "ləyaqətli çeçen kişilər"in iştirakını tövsiyə edib.

"Uşaq Əhməd" müharibə deyil, xalqların dostluğu və təhsil haqqında olmalıdır", - deyən Kuznetsov pioner düşərgələrindəki tərbiyəni xatırladıb.

Kuznetsovun sözlərinə görə, "Əhməd" xüsusi təyinatlılarının komandiri Apti Alaudinov onların lazımi hazırlıq keçməsi üçün may bayramlarında toplanmağı təklif edib. Bildirib ki, proqrama "Zarnitsa" hərbi-vətənpərvərlik oyunu, eləcə də hərbçilər, alimlər və tarixçilərlə görüşlər daxil edilə bilər:

"Biz istərdik ki, uşaqlar özlərini hərbçi, bloger kimi sınasınlar və texnika ilə işləməyi öyrənsinlər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.