Dünya

Finlandiya polisi Ukrayna ordusu üçün ianə toplamağa icazə vermədi

1 Fevral 2024 09:43
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiya polisi könüllülərə Ukrayna Silahlı Qüvvələri üçün ianə toplamağa icazə verməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "İltalehti" qəzeti məlumat yayıb.

Ukrayna hərbçiləri üçün həyati əhəmiyyətli malların tədarükü ilə məşğul olan iki Finlandiya təşkilatı hüquqi çətinliklərlə üzləşib. Məlum olub ki, Finlandiya polisi Ukrayna Silahlı Qüvvələrinə birbaşa dəstək verən layihələr üçün vəsait toplanmasına qarşıdır.

Çünki qanunvericiliyə əsasən silahlı qüvvələrə dəstək hərbi fəaliyyət kimi təsnif edilir və buna görə də ictimai faydalı iş kimi qəbul edilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.