Dünya

Avropa Rusiyaya qarşı yeni sanksiyaların təfərrüatlarını müzakirə edəcək

1 Fevral 2024 08:49
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Komissiyası şənbə günü Avropa İttifaqına üzv ölkələrlə Rusiya Federasiyasına qarşı təklif olunan 13-cü sanksiyalar paketinin təfərrüatlarını müzakirə etməyə başlayacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Qeyri-rəsmi görüşlər və yüksək səviyyəli müzakirələr AK-nın Rusiyaya qarşı yeni tədbirlər paketini Avropa Şurasında müzakirə və səsvermə üçün rəsmən təqdim etməzdən əvvəl sonuncu addım olacaq.

Təklifdə Rusiyanın sanksiyalardan yayınmasına qarşı mübarizə tədbirləri, sanksiya siyahılarının genişləndirilməsi nəzərdə tutulur.

Agentliyin mənbələrindən biri əlavə edib ki, idxalın məhdudlaşdırılması kimi yeni sektor tədbirləri mümkündür. Polşa və Baltikyanı ölkələr Rusiyadan alüminium və mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoymağa çağırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.