Dünya

Şok: İsrail bu ölkəyə irimiqyaslı hücuma hazırlaşır

28 Yanvar 2024 21:19
Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Livanın dərinliklərində genişmiqyaslı hücuma hazırlaşır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Livanın LBC dövlət kanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, ərəb ölkələrindən biri "ölkədə xaos yaratmaq məqsədi ilə" İsrailin Livana planlı hücumu barədə "Hizbullah" hərəkatının rəsmi nümayəndələrinə məlumat verib.

İsrail mediası da Livanın cənub sərhədi boyunca qüvvələrinin hərəkəti barədə məlumat yayıb və bildirib ki, Qəzzanı tərk edən minlərlə əsgər Livan sərhədinə çatıb. Həmçinin yüzlərlə tank da Livana doğru hərəkət edib.

Qeyd edək ki, son üç ayda Hizbullah və İsrail qüvvələri demək olar ki, hər gün artilleriya və raket zərbələri "mübadiləsi" aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.