Dünya

AŞPA-da Bakının xeyrinə iki tarixi çıxış - VİDEO

28 Yanvar 2024 20:01
Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, AŞ PA-nın son sesiyasında bu qurumun 76 deputatının səsi ilə Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edildi (Bir il ərzində).

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, həmin sesiyada Ukrayna və Türkiyədən olmaqla, iki deputat bizim lehimizə çıxış edib.

Onlardan biri ukraynalı Aleksey Qonçarenko, digəri isə Türkiyədən Zeynəb Yıldızdır. Onlar öz çıxışlarında Azərbaycanı dəstəkləyiblər və bildiriblər ki, Avropa Şurasının bu qərarı yanlışdır.

Ukraynalı deputat çıxışının sonunda Azərbaycan dilində "Yaşasın Azərbaycan" şüarını səsləndirib və Avropa Şurasının deputatlarını bu qətnaməyə səs verməməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.