Dünya

Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək

27 Yanvar 2024 06:18
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları ("Bayraktar" - Qeyd) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yanvarın əvvəlində tərəflər razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir.

Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.

Qeyd edək ki, Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.