Dünya

Müdhiş iddia: “Özünü öldürən” milyarder sağdır - FOTO

21 Yanvar 2024 17:34
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epşteynin  telefon kitabında  İngiltərə, İspaniya, İsrailin sabiq baş nazirləri, Səudiyyə şahzadələrinin, Kennedi, Rokfeller və Rotşild klanlarının üzvləri, milyarderlər, siyasətçilər, elm adamları, səfirlərin telefon nömrəsi olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  azyaşlı qız uşaqlarını milyarderlərə satmaqda günahlandırılan Cefri Epşteyn qalmaqalından sonra dünyada itkin düşən uşaqlar gündəmə gəlib.

Türkiyədə baş verən dəhşətli zəlzələlərdən sonra uşaqların itkin düşməsi ilə bağlı iddialar da səsləndirilir. Belə ki, Epşteynin pilotu Nadya Marçinko qızların Türkiyədən ABŞ-a qaçırıldığını bildirib.

Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş zəlzələ qurbanlarının itkin düşməsi ilə bağlı iddialara cavab verib: "1912 uşaqdan birinin belə itkin düşməsi mümkün deyil. Uşaqların şəxsiyyətinin müəyyənləşdirilməsini Səhiyyə, Daxili İşlər, Ədliyyə və Ailə nazirlikləri birlikdə aparıb".

Xatırladaq ki, 14-18 yaşlarında onlarla qıza qarşı cinsi istismarda günahlandırılan Cefri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılıb.

Digər tərəfdən, Epşteyninin qurbanlarından olan Virciniya Giuffre 2021-ci ildə məhkəməyə müraciət edərək, Şahzadə Endryunun 17 yaşında olarkən Nyu-York və Londonda ona təcavüz etdiyini iddia edib. Giuffre bildirib ki, Şahzadə onun yetkinlik yaşına çatmadığını bildiyi halda onun razılığı olmadan ona cinsi təcavüz edib.

Ceffri kim olub? 

2019-cu ilin iyul ayının 6-da ABŞ-da  sensasion bir həbs gerçəkləşir. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Fransadan ABŞ-a qayıdan məşhur milyarder Cefri Epşteyni Nyu-Cersi aeroportunda həbs edir. Ona uşaqbazlıq, cinsi istismar və insan alveri ittihamı elan olunur. Bu ittihamlarla onu 45 il cəza gözləyirdi.

Onun həbsi nə media, nə onu tanıyanlar üçün yenilik olur. Çünki 2005-ci ildə də Cefri eyni ittihamlarla saxlanılmış və gözlənilmədən "istintaqla əməkdaşlığa razılıq vermiş" və sonda ilyarımlıq yüngül cəza ilə canını qurtarmışdı.

Bu dəfə isə onun havadarlarının istintaqın gedişatına bir daha təsir göstərə bilməmələri üçün FTB onun üzərindəki bütün "çirkləri" mətbuata tökməyə başladı. Bir həftə sonra ABŞ-ın əmək naziri, sabiq prokuror Akosta istefa verdi. Çünki məlum oldu ki, 2005-ci ildə, vaxtilə Ceffri həbs edilərkən, prokuror məhz Akosta olmuşdu və həmin "istintaqla əməkdaşlıq" deyilən saziş qanunsuz bağlanmış, böyük bir şəbəkə diqqətdən kənarda qalmışdı.  

Epşteynin telefon kitabçasındakı adlar: baş nazirlər, səfirlər, şahzadə Endryü...

Cefrinin həbsi ilə dərhal maraqlı faktlar üzə çıxmağa başladı. Məlum oldu ki, Cefri 14-16 yaşındakı qızları nəinki istismar edib, həm də onları özünün nüfuzlu siyasətçi, varlı dostları ilə "bölüşüb" də. Onun iqamətgahında azyaşlı və yeniyetmələrlə eşqbazlığa dair  böyük bir video və foto arxiv tapdılar. Orgiyalar yalnız milyarderin Manhettendəki iqamətgahında,  "Zorro" rançosunda deyil, Karib dənizindəki şəxsi Müqəddəs Ceyms adasında- ona "pedofillər adası" da deyirmişlər - olub. Gizli kameralar qurulmuş yerlərdə seks əyləncəsi çəkilişləri isə varlı və tanınmış pedofillərin mümkün şantajına görə qeydə alınıb.  O da məlum olub ki, qonaqlar və qızlar oraya Ceffrinin uzun illərdir sevgilisi olan, keçmiş "dördlü ukraynalı agentin" qızı Qislen Makvellinin  adını daşıyan yaxta ilə gətiriliblər.

Qislen Makvellin Epşteynlə sabiq prezident Billi Kintonun qızı Çelsinin toyunda tanış olmuşdular və o, ilk görüşdən özündən 9 yaş böyük olan milyarderə vurulmuşdu. Mossad, "KQB", Mİ-6 və MKİ ilə əlaqələri olan atasını İsrail kəşfiyyatı dənizdə boğandan sonra o, Epşeytdən daha əl çəkmədi. Onunla evlənməyəcəyini, uşaqbazlıq və çox gənc qızlara marağını bildikdən sonra isə əsas "icraçı" olmağa razılıq verdi. 

Cefrinin təkcə yaxtası deyil, şəxsi "Boeinq"i də lüks çarpayılarla təchiz olunmuşdu. Ələ keçən qeydlərdən məlum oldu ki, "uçan sevgi layneri"ndə məsələn, Bill Klinton 26 dəfə qonaq olub.

Epsteynin "qara telefon kitabı" isə əsl sensasiya yaratdı. Dəftərçədə yüzlərlə əlaqə nömrəsi vardı. Kimlərin?  İngiltərə, İspaniya, İsrailin sabiq baş nazirləri, Səudiyyə şahzadələrinin, Kennedi, Rokfeller və Rotşild klanlarının üzvləri, milyarderlər, siyasətçilər, elm adamları, səfirlər, Klintonun 10-dan çox köməkçisinin əlaqə telefonları... Daha kimlər? Maykl Cekson, Naomi Kempbell, Madonna və başqa ulduzların əlaqə nömrələri...Dəftərçədə təkcə  İngiltərə kraliçasının oğlu şahzadə Endryünün özünün  və köməkçilərinin 15 telefon nömrəsi vardı.

Məşhur maliyyəçi, milyarderin dəftərində bu əlaqə nömrələri necə ola bilərdi?

Əsas şahid və şahzadə ilə bir yataqda...

Bu məqamda mətbuata ittiham şahidlərindən birinin - Viktoriya Robertsin ifadələri sızdırıldı. 15 yaşında o, Epsteynin "masajçısı" kimi seks köləliyinə cəlb edilmişdi. Ceffri onu İngiltərə şahzadəsi Endryü və digər zəngin dostları ilə də "paylaşmışdı". Dediklərini sübut etmək üçün istintaqa Viktoriyanın Endryü ilə birlikdə olduğu fotoşəkili təqdim etdi. Sonra mediada şahzadənin Epşteyinin malikanəsində və bir milyarderlə gəzinti fotoları da yayımlandı. Artıq FTB-nin araşdırdığı istintaq məşhur pedofillərin beynəlxalq şəbəkəsinin ifşasına yönəlmişdi.

Bu "xidmətləri" sayəsində Epşteyn ABŞ, Qərbi Avropa və Asiya-Sakit okean bölgəsinin ən məşhur iş adamlarını və  siyasətçiləri birləşdirən quruma üzv olmuş, ciddi əlaqələr qurmuşdu. Qazandıqları sayəsində o, həm Harvard Universitetinin əsas maliyyə sponsoru idi. Üstəlik, Klintonların əsas siması olduğu Demokratlar Partiyasına da səxavətlə maliyyə ayırırdı.Bu səbəbdən demokratlar onun həbsini siyasiləşdirməyə cəhd etdilər, amma ittihamların ciddi olduğunu görüb tez də geri çəkildilər.

Cefrinin intiharı "səhnələşdirilib?"

Bu cinayət şəbəkəsi ilə bağlı ən kütləvi sızma 2019-cu ilin 9 avqustunda baş verdi. Epşteyn davasında təxminən iki min səhifəlik gizli sənədlər, o cümlədən telefon danışıqlarının mətni mətbuata ötürüldü.

Avqustun 10-da isə Manhetten federal həbsxanasının xüsusi blokundakı kamerada Cefrinin cansız bədənini tapdılar. Hər yarım saatdan bir nəzarətçinin yoxladığı kamerada Ceffrinin özünü necə asması müəmma kimi qaldı. ABŞ-ın baş prokuroru Uilyam Barr etiraf etdi ki, Cefrinin özünü öldürməsi ilə bağlı şübhəli məqamlar çoxdur.

ABŞ-ın bir sıra sui-qəsd nəzəriyyəçiləri hələ də hesab edirlər ki, bu intiharda Bill və Hillari Klintonların əli var. Məşhur komediyaçı Terrens Uilyams Ceffrinin sui-qəsdindən ayyarım əvvəl belə bir "tvit" yazır: "Ceffri Epşteynin Klintonlara yaxın olduğunu bildik və indi onu intihar gözləyir!" Komediyaçının dediyi ayyarım sonra doğrulur...

Epşteynin intiharından sonra nəzərlər bu işdə elə mərhum milyarder qədər məlumatlı olan Qisleyin Maksvellə yönəlir. Xəbər yayılır ki, o, Nyu-Yorkdakı villasını 15 milyona sataraq yoxa çıxıb. Ümid edirdilər ki, yetkinlik yaşına çatmayanlarla cinsi cinayətlərə dair "əsrin istintaqı" təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar bağlanacaq.

Belə bir versiya da var ki,  Epşteyn ifşaedici ifadəsi müqabilində həbsxanada intihar etməyə "icazə verilib" və əslində o, sağdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.