Dünya

Dünyada analoqu olmayan yeni qida məhsulu satışa çıxarıldı

20 Yanvar 2024 05:05
Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail süni mal ətinin satışını təsdiqləyən ilk ölkə olub. Müvafiq icazə qida texnologiyası şirkəti "Aleph Farms Ltd."yə verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yeni qida toyuq hüceyrələrindən deyil, iribuynuzlu heyvanlardan alınan kultivasiya hüceyrələrindən hazırlanıb. Məhsul bioloji təhlükəsizlik, həmçinin istehlak zamanı zərərin olmaması üçün bütün lazımi testlərdən keçib.

"Bütün yoxlamalardan keçdikdən sonra məhsulun İsraildə geniş ictimaiyyətə satışına icazə verilib", - deyə materialda vurğulanıb.

Qurumdan əlavə edilib ki, zülallara qlobal tələbatın artması və canlılardan olmayan məhsulların istehsalının vacibliyini nəzərə alaraq, nazirlik alternativ qida mənbələrinin inkişafı istiqamətində işlər aparır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.