Dünya

İrəvan Moskva ilə silah tədarükü danışıqlarını davam etdirir

9 Yanvar 2024 01:06
Baxış: 732
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarükü məsələsini həll etmək üçün danışıqları davam etdirirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

"Rusiya ilə təhvil verilməmiş silahlarla bağlı danışıqlar davam edir. 2021-ci ildən Ermənistanın Rusiya ilə çoxlu müqavilələri var ki, bu sənədlərə əsasən silah verilmirdi. Bu müqavilələr üzrə danışıqlar davam edir", - o söyləyib.

O qeyd edib ki, Rusiya ilə hərbi-texniki əməkdaşlıqla bağlı yeni sənədlər yoxdur.

"Mövcud razılaşmalar çərçivəsində yenilənmələr aparılır, danışıqlar yenidən aparılır. Bu o deməkdir ki, bəzi hallarda müqavilələr yenilənir, bəzi hallarda maliyyə məsələləri başqa variantlarla həll olunur", - Qriqoryan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.