Dünya

İki ölkə 1 milyard dollarlıq saziş imzaladı

8 Yanvar 2024 20:18
Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın "NIGUS International" şirkəti və Çinin "Zhongmin Xinjunlong" şirkəti səmt qazından istifadəni nəzərdə tutan 1 milyard dollarlıq saziş imzalayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Vanguard" portalı məlumat yayıb.

Nigeriya şirkətinin rəhbəri Malik Ado İbrahimin sözlərinə görə, Çin şirkəti ilə əməkdaşlıq ölkəsində məşəl qazının kommersiya istifadəsi və "yaşıl enerji"nin inkişafı üçün ən son texnologiyaları cəlb etməyə imkan verəcək.

Qazın sintetik dizel yanacağına və məişət ehtiyacları üçün maye qaza emal ediləcəyi güman edilir.

"Bu bərpa olunan enerji sahəsində ixtisaslaşan NIGUS-a Nigeriyada ekoloji cəhətdən təmiz iqtisadiyyatı inkişaf etdirməyə imkan verəcək. Hazırda Nigeriyada səmt qazının 90 faizi lazımsız yerə yandırılır", - şirkətin rəhbəri bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.