Dünya

Kolumbiyada göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğradı

8 Yanvar 2024 08:29
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiyanın şimalında xəstənin tibbi daşınmasını həyata keçirən təyyarə qəzaya uğrayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.

Faciə Valdupar şəhərində baş verib və hava gəmisi yerə çırpıldıqdan sonra alovlanıb.

Təyyarənin göyərtəsində ümumilikdə altı nəfər olub və onlardan 5-i xilas olmağı bacarıb.

Yalnız bir nəfər, alovlanan təyyarədən çıxa bilməyən həkim həlak olub.

Artıq hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.