Ölkə

“Yeni yer açılan kimi deyirlər ki, ora səfir göndərilirəm”

13 Avqust 2025 17:19
Baxış: 368
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Məni bəzi "dostlarım" və jurnalistlər o qədər ölkəyə səfir göndəriblər ki, artıq bu xəbərlərə öyrəşmişəm. Harda yeni bir yer açılır və ölkə ilə əlaqə qurulursa, o dəqiqə deyirlər ki, Elmar Məmmədyarov ora səfir göndəriləcək".

Milli.Az xəbər verir ki, bu sözləri "Teleqraf"a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov onun Ermənistana səfir göndərilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Sabiq nazir Ermənistanla hələ sülh sazişinin imzalanmadığını bildirib: "Yekun sülh sazişi imzalandıqdan sonra belə Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələri qurmaq üçün ən azı bir-iki il vaxt lazım olacaq. Bu, adi qaydada həll olunan məsələ deyil. Bunun üçün beynəlxalq qaydalar var. Beynəlxalq protokollara uyğun olaraq əlaqələr qurulduqdan sonra ölkələr bir-birinin ərazisində qarşılıqlı razılıq əsasında səfirlik aça bilir".

Elmar Məmmədyarov Ermənistanda səfir olmaq məsələsinə ümumi məsləhətə uyğun adekvat addım atacağını söyləyib: "Necə məsləhətdirsə, elə də olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.