Dünya

Fransalı nazirdən İsrailə sərt reaksiya

7 Yanvar 2024 21:13
Baxış: 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzzanın gələcəyini təyin etmək İsrailə düşməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna CNN televiziyasına açıqlamasında bildirib.

O, israilli rəsmilərin son zamanlar tez-tez dilə gətirdiyi Qəzza sakinlərinin "könüllü köç" planıyla əlaqədar açıqlamalarını "məsuliyyətsizlik" adlandırıb, məsələyə bu tərz yanşmanın hər iki tərəfi münaqişənin həlli yolundan uzaqlaşdırdığını bildirib:

"Beynəlxalq hüquq prinsipinə geri dönülməlidir. Qəzza gələcəkdə Fələstin dövlətinin bir parçası olmaq istəyən Fələstin torpağıdır. Hər iki tərəf üçün yeganə əlverişli variant olan ikidövlətli həll yolunu dəstəkləyirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.