Dünya

Həşdi-Şabi komandirini biz öldürmüşük - ABŞ

6 Yanvar 2024 01:07
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Həşdi-Şabi şiə qoşunlarının 12-ci briqadasının komandiri Əbu Təqva əl-Saidi və onun silahdaşının ölümü ilə nəticələnən hücumu öz üzərinə götürüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlərə açıqlamasında deyib.

Rayder Əbu Təqvanın İraqdakı ABŞ bölmələrinə qarşı hücumlarda aktiv rol oynadığı üçün öldürüldüyünü bildirib.

"Hücum müdafiə məqsədilə həyata keçirilib və heç bir mülki şəxsə zərər verilməyib", - Rayder qeyd edib.

Qeyd edək ki, Bağdadın şərqində yerləşən Həşdi-Şabi (Əl-Həşd əş-Şaabi) bölmələrindən birinin qərargahına pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.