Dünya

Yaponiyada 80 yaşlı kişi zəlzələdən üç gün sonra dağıntılar altından sağ çıxarıldı

4 Yanvar 2024 01:36
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması üzrə çalışan yapon xilasediciləri dağıntılar altından 80 yaşlı yerli sakini sağ çıxara biliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təbii fəlakətdən dəyən zərərin böyük hissəsini öz üzərinə götürən İşikava prefekturası polisinin məlumatına görə, xilasedicilər yanvarın 2-dən bəri ilk dəfədir ki, dağıntılar altından canlı insan çıxarıblar.

Polis etiraf edir ki, vaxt keçdikcə sağ qalanları tapmaq şansı sürətlə azalır.

Son məlumatlara görə, Yaponiyada Yeni ilin ilk günü başlayan silsilə zəlzələlər nəticəsində ən azı 73 nəfər həlak olub, 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.