Dünya

Bavariya Baş naziri: Almaniya Silahlı Qüvvələrinə “dron ordusu” lazımdır

31 Dekabr 2023 17:49
Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya ordusunun özünü potensial təhlükələrdən müdafiə edə bilməsi üçün modernləşməyə ehtiyacı var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Bavariya regionunun Baş naziri Markus Zöder deyib.

"Biz ölkəmizi yüz faiz müdafiəqabiliyyətli etməliyik", - o qeyd edib. Siyasətçinin sözlərinə görə, yeni təhlükələrə qarşı yeni texnologiyalardan istifadə edilməlidir.

"Buna görə də silahlı qüvvələrimizə yüz minlik dron ordusu lazımdır", - region lideri vurğulayıb.

Onun fikrincə, Almaniyanın yeni kazarmaları olan müasir infrastruktura ehtiyacı var.

Qeyd edək ki, Zöder Xristian Demokratik İttifaqı ilə birlikdə Bundestaqda ən böyük müxalifət fraksiyasını təşkil edən Xristian Sosial Birliyinə rəhbərlik edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.