Dünya

İranlı general təhdid etdi: “Belə davam etsə...”

31 Dekabr 2023 00:04
Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS Hərəkatı oktyabrın 7-də İsrailə hücumu İranın köməyi olmadan planlaşdırıb və həyata keçirib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının komandiri, general İsmayıl Qəni deyib.

İranlı general Fələstin hərəkatını "müstəqil müqavimət qrupu" adlandırıb.

"Fələstin müqaviməti öz işinə öz hazırlığı və qarşısına qoyduğu planla başlayıb. Etdikləri hər şey gözəl şəkildə planlaşdırılıb və icra edilib", - Qəni bildirib.

"Qüds" komandiri SEPAH generalı Razi Musəvinin Suriyada öldürülməsinə görə İsraili günahlandırıb.

Onun fikrincə, bu qətlin səbəbi İranı müharibəyə qatılmağa məcbur etməkdir:

"Razi Musəvini Qəzzada döyüş meydanında heç nə əldə edə bilmədiyiniz üçün öldürdünüz, İran sizin planlarınıza cəlb olunmayacaq".

Qəni molla rejiminin bölgədə dəstəklədiyi terrorçu qruplaşmalar adından ABŞ-ni də təhdid edərək bildirib ki, Amerika İraqdakı fəaliyyətlərini davam etdirsə, İraq "müqavimət"i buna cavab verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.