Dünya

Üç əri olan qadın dördüncü evliliyində ələ keçdi

1 Yanvar 2024 03:04
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç həyat yoldaşı olub və dördüncü toyundan sonra yaxalanan Snehanın hadisəsi Hindistanda gündəm olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə onun üçüncü əri Praşantın polisə müraciət etməsindən sonra ortaya çıxıb. Kişi bildirib ki, üç ay əvvəl həyat yoldaşı hamilə olduğunu etiraf edib, sonra isə yoxa çıxıb.

Bundan bir neçə gün sonra kişi sosial şəbəkədə həyat yoldaşının son toy şəkillərini görüb. Məlum olub ki, o, Raqu adlı kişi ilə evlənib.

Praşant şokdan özünə gəlməmiş Snehanın qohumlarından biri qadının əvvəllər iki dəfə evləndiyini və ərlərin bir-birindən xəbərsiz olduğunu öyrənib.

"Həyat yoldaşım valideynlərimin yanına gəlib hamilə olduğunu dedi. O, abort etdirdi və mənə demədən başqa kişiyə ərə getdi. Çox kədərliyəm, çünki il yarım birlikdə idik. Yeni evliliyi haqqında sosial şəbəkələrdən öyrəndim", - deyə Praşant olanları danışıb.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.