Dünya

Britaniya gəmisi sərhədə gəldi, Maduro orduya əmr verdi

29 Dekabr 2023 07:18
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela Prezidenti Nikolas Maduro Britaniyaya məxsus "Trent" gəmisinin Qayana sahillərinə gəlməsinə kəskin reaksiya verib və bunun fonunda Karib dənizinin şərqində müdafiəni gücləndirməyi və Atlantik okeanı sahillərində hərbi təlimlərə başlamağı əmr edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Venezolana de Televisión" məlumat yayıb.

"Venesuela müdafiə, sabitlik və sülh hüququna malikdir. Biz heç kimin təxribat və təhdidlərini qəbul etmirik. Venesuela təhdid və təxribatlara qətiyyət və vətənpərvərliklə cavab verir", - Maduro vurğulayıb.

Qeyd edək ki, Venesuela ilə yaranmış gərginlik fonunda Britaniya Qayana sahillərinə "Trent" patrul gəmisini göndərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.