Dünya

Avropada elektrik enerjisinin qiyməti sıfırdan aşağı düşdü

28 Dekabr 2023 09:42
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın bir sıra ölkələrində Milad tətili günlərində elektrik enerjisinin qiyməti sıfırdan aşağı - mənfiyə düşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  Almaniya, Fransa, Danimarka və Böyük Britaniyada elektrik enerjisinin qiymətləri Miladdan əvvəl böyük miqdarda külək istehsalı və bayram dövründə aşağı tələbat sayəsində mənfi zonaya çatıb.

"Epex Spot SE" birjasının məlumatına görə, dekabrın 24-ü üçün çatdırılma ilə Almaniyada elektrik enerjisinin qiyməti bir meqavat-saat üçün mənfi 3,37 avroya çatıb. Dekabrın 25-i üçün göstərici 0,41 avro, dekabrın 27-də - Milad bayramından sonrakı ilk iş günü - artıq meqavat-saat üçün 60,8 avro təşkil edib.

Avropada elektrik enerjisi qiymətləri bərpa olunan enerji mənbələrindən artan istifadə sayəsində getdikcə daha tez-tez mənfi zonaya düşür. Almaniyada külək enerjisi istehsalı dekabrın 21-də rekord həddə - 53 GVt-a çatıb, dekabrın 22-də 50 GW-ı keçib və bu həftənin sonuna qədər yüksək səviyyədə qalacağı gözlənilir.

Birja məlumatlarına görə, dekabrın 24-də Britaniyada elektrik enerjisinin dəyəri bir meqavat/saat üçün mənfi 9,31 funta, Fransada dekabrın 25-də meqavat/saat üçün mənfi 11,93 avroya, Danimarkada - meqavat/saat üçün mənfi 8,54 avroya düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.