Dünya

Putinin 33 illik vizit kartı bu qiymətə SATILDI - FOTO

25 Dekabr 2023 07:24
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, 1990-cı illərin əvvəllərində Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışan Vladimir Putinin vizit kartı satışa çıxarılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya liderinə məxsus olan vizit kartı Sankt-Peterburqda elektron hərracda iki milyon rubla satılıb.

Maraqlıdır ki, onun üzərində bir neçə telefon nömrəsi Putinin əlyazması ilə yazılıb.

Vizit kartının başlanğıc qiyməti min rubl təyin edilib. Ticarət başlamazdan beş saat əvvəl maksimum təklif 200 min rubla çatıb. Nəticədə Putinin vizit kartı iki milyon rubla alınıb.

Hərrac saytında hərracın qalibi haqqında məlumat verilmədiyindən alıcısının dəqiq kim olduğu məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.