İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın əsas qalalarından birini - Cəbaliyə bölgəsini tam nəzarətə götürüb
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin 162-ci diviziyasının komandiri, briqada generalı İtzik Kohen bildirib.
"Biz orada yüzlərlə terrorçunu öldürdük və 500-ə yaxın terrorçu şübhəlini həbs etdik, onların bəzilərinin oktyabrın 7-də baş verən hadisələrdə əli olub", - Kohen vurğulayıb.
Kohenin sözlərinə görə, onun bölməsinin döyüşçüləri Qəzza şəhərinin şimalında HƏMAS briqadasının hərbi potensialını məhv edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun