Dünya

Tramp Putindən sitat gətirdi - VİDEO

18 Dekabr 2023 11:21
Baxış: 747
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp hazırkı lider Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, Nyu-Hempşirdə seçki kampaniyası zamanı çıxışında özünə qarşı cinayət təqibini siyasi motivli adlandırıb və Rusiya Prezidenti Vladimir Putindən sitat gətirərək bildirib ki, bu, "ABŞ siyasi sisteminin çürüklüyünü göstərir".

Qeyd edək ki, V.Putin sentyabrda Şərq İqtisadi Forumunun plenar iclasında ABŞ sisteminin "çürük olması" barədə fikirlərini bildirib.

Xatırladaq ki, ümumilikdə, Trampa qarşı 4 cinayət işi çərçivəsində 91 maddə üzrə ittiham irəli sürülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.