Dünya

ABŞ Yaxın Şərqdə SİLAHA ƏL ATIR? - İrana qarşı daha geniş müharibə...

17 Dekabr 2023 16:34
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar Yəmənin "Ənsar Allah" şiə qruplaşmasına məxsus husi üsyançılarına qarşı cavab tədbirləri variantlarını nəzərdən keçirir, çünki qrupun təkrar hücumları Qırmızı dəniz vasitəsilə beynəlxalq gəmiçiliyi pozur.

Milli.Az report-a istinadən xəbər verir ki, adı açıqlanmayan iki ABŞ rəsmisi "Politico"ya bildirib ki, husilərin hücumlarına potensial cavabını dəstəkləmək üçün "USS Dwight D. Eisenhower" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Ədən körfəzinə yerləşdirilib.

Rəsmilərdən biri də nəşrə bildirib ki, Yəməndə yerləşən qruplaşmaya zərbə endirmək üçün ABŞ hərbi komandanlığına seçimlər verilib.

Politico xəbər verir ki, Pentaqonun sözçüsü şərh verməkdən imtina edib.

Qeyd edək ki, Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bəyan ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.