Dünya

Bayden ilk dəfə İsraili sərt şəkildə qınadı

14 Dekabr 2023 11:37
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden göstərilən dəstəyə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında itkilərin artması fonunda İsrail Baş naziri Benyamin Netanyahunu açıq şəkildə qınayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.

"Biz israillilərə aydın şəkildə başa saldıq ki, günahsız fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Onlar günahsız mülki şəxslərə zərər verməməli və onları öldürməməlidir", - Bayden bildirib.

ABŞ prezidentinin bu addımı oktyabrda münaqişə başlayandan bəri ən kəskin tənqidi olub.

Bayden qeyd edib ki, Netanyahu Fələstin Administrasiyasının sülh prosesinə daxil edilməsinə razılıq verməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.