Dünya

Nazirin oğlu Qəzzada həlak oldu

8 Dekabr 2023 07:52
Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin sabiq Baş Qərargah rəisi, hazırkı hərbi kabinetin naziri Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağında gedən döyüşlərdə həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

"Herzliyadan olan ehtiyatda olan çavuş Qal Meir Ayzenkot Qəzza zolağının şimalında döyüş zamanı 25 yaşında həlak olub. Onun ailəsi hadisə ilə bağlı məlumatlandırılıb. İsrail Müdafiə Qüvvələri ailəsinə başsağlığı verir", - məlumatda deyilir.

İsrailin Baş naziri Benyamin Netanyahu Qadi Ayzenkota və həyat yoldaşı Hanaya başsağlığı verib, Qal Ayzenkotu "cəsur döyüşçü və əsl qəhrəman" adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.