Dünya

İldırım 24 nəfərin ölümünə səbəb oldu

27 Noyabr 2023 23:34
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə güclü aramsız yağışlar yağır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ştat rəhbərliyi məlumat yayıb.

Bildirilir ki, əlverişsiz hava şəraitində ildırım vurması nəticəsində 24 nəfər ölüb, 23-ü isə yaralanıb:

"Bazar və bazar ertəsi güclü yağış, tufan və dolu ilə müşayiət olunub, bəzi yerlərdə bir saat ərzində 144 mm-ə qədər yağış yağıb".

Hindistan Meteorologiya İdarəsi bu gün də ştatın bəzi yerlərində yağıntıların davam edəcəyini proqnozlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.