Dünya

Toyda qan töküldü: Bəy gəlini və ailəsini GÜLLƏLƏDİ - FOTO

27 Noyabr 2023 22:42
Baxış: 1 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taylandda toy faciə ilə başa çatıb. 

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, sərxoş olduğu iddia edilən bəy gəlini və ailə üzvlərini güllələyib, daha sonra isə özünü öldürməyə cəhd göstərib.

Hadisə Van Nam Xeo rayonunda baş verib. Toya gələn qonaqlar bəy 29 yaşlı Çaturonq Suksuk və 44 yaşlı gəlin Kançana Paçuntuek arasında mübahisəyə şahid olublar.

29 yaşlı bəy binadan çıxaraq, maşınına tərəf qaçıb. O, tapança ilə geri qayıdaraq atəş açıb. Gəlin, 62 yaşlı anası və 38 yaşlı bacısı güllələnib. Daha bir qonaq təsadüfi gələn güllə qurbanı olub, bir nəfər isə ağır yaralanıb. Bəy özünü də güllələyib.

Aqressiv hərəkətin səbəbi dəqiq müəyyən edilməsə də, keçmiş hərbçi olan bəyin kəllə-beyin travması aldığı bildirilir. Hadisə şahidləri bəyin həddindən artıq sərxoş olduğunu da deyiblər. O, gəlinin başqası ilə qaçağından qorxurmuş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.