Dünya

NATO şərq cinahını genişləndirir

26 Noyabr 2023 09:36
Baxış: 572
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şimali Atlantika Alyansının şərq cinahında üzv ölkələrdə yerləşən batalyonları kritik vəziyyətdə briqada səviyyəsinə qədər artırılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu BNS-ə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

Qeyd edilir ki, 2022-ci ildə Madriddə NATO-nun sammitində şərq cinahda səkkiz batalyon səviyyəsində döyüş qrupunun yerləşdirilməsi qərara alınıb, ehtiyac yaranacağı təqdirdə onlar briqada səviyyəsinə qədər artırıla bilər.

Admiral xatırladıb ki, NATO-ya üzv ölkələrin bəziləri batalyonların gücləndirilməsi istiqamətində təlimlər həyata keçiriblər.

Litva ilk olaraq ərazisində müttəfiq briqadasının daimi yerləşəcəyi NATO üzvü olmaq niyyətindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.