Dünya

Ukraynalılar bu əraziləri Rusiyaya verməyə razılaşır

24 Noyabr 2023 23:04
Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi ukraynalılar sülh naminə əraziləri Rusiyaya verməyə razılaşır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" nəşri yazıb.

Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski hələ də sülh danışıqlarının strategiyası barədə düşünməyə bilər və bu vəziyyətdə barışığa getməkdən imtina edir, ancaq sorğular göstərir ki, Ukraynada kiçik, lakin daim artan ictimai təbəqə formalaşıb və bu təbəqə sülh naminə Rusiyaya ərazi güzəştlərinin edilə biləcəyi fikrinə gəlib.

Onlar ərazi güzəştlərini sülh üçün ödənilməli olan qaçılmaz qiymət hesab edirlər.

Qeyd edilib ki, gözləntilər şişirdilib, Rusiyanın müdafiə xətti isə lazımi səviyyədə qiymətləndirilməyib:

"Bütün bunların fonunda qışın gəlişi ilə döyüş meydanında hər şey daha da mürəkkəbləşir. Ukrayna üçün problemlərdən biri də ordunun sayı ilə bağlıdır. Rusiya tərəfi yeni çağırışlar sayəsində cəbhə bölgəsinə yeni hərbi birləşmələr gətirməkdə davam edir, Kiyevin isə itkilərini doldurmağa vaxtı yoxdur, muzdluları işə götürmək imkanları da azdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.