Dünya

Roma imperatoru Helioqabalı qadın kimi tanıdacaqlar

26 Noyabr 2023 14:30
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin Hitçin şəhərindəki Britaniya Muzeyi məşhur Roma imperatoru Helioqabalı qadın kimi tanıyıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, muzey nümayəndələri imperatorun özünə görə bu addımı atdıqlarını bildirirlər. Onların sözlərinə görə, Helioqabalın özü qadın kimi müraciət etməyi xahiş edib və ona "cənab" deməməyi tələb edib.

"Biz keçmişdə yaşayan insanlar üçün əvəzlikləri təyin edərkən indiki insanlar üçün olduğu kimi diqqətli olmağa çalışırıq", - deyə muzeyin idarə heyətinin üzvü Keyt Hoskins bildirib.

Lakin tarixçilər və ekspertlər bu qərarı tənqid ediblər. Onlar imperatorun bu ifadəsinin konsul Dion Kassiusun əsərində qeyd olunduğunu bildiriblər. Tarixçinin sözləri saxta və eramızın 218-222-ci illərində Roma imperiyasının başçısı olmuş hökmdarın nüfuzunu sarsıtmaq cəhdi ola bilərdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.