Dünya

Zaxarova: Fransa İrəvana yararsız hərbi texnika satıb

22 Noyabr 2023 16:56
Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın "Bastion" zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edərkən deyib.

Zaxarovanın sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib.

XİN rəsmisi qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür:

"Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib".
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.