ABŞ Konqresində keçirilən dinləmələrin heç bir hüquqi əsası yoxdur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində keçirilən dinləmələrdə Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələri, o cümlədən sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi birgünlük anti-terror əməliyyat nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsindən danışılıb. Bəs bu dinləmələrin keçirilməsinə əsas varmı və bunun təsirləri nələr ola bilir?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri (ATXƏM) İlham İsmayılov bildirib ki, ABŞ və Fransanın son vaxtlar ölkəmizə qarşı artan təzyiqləri və anti-Azərbaycan mövqeyini anlamaq çətindir.
"Bu ölkənin hər ikisi sözdə Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bildirsələr də, vaxtaşırı ermənilərin haqsız mövqelərini müdafiə etməkdən də çəkinmirlər. Hər iki dövlət ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində həmsədr ölkə olmalarına baxmayaraq, heç bir real addım atmayıblar, əksinə münaqişənin uzunmüddətli davam etməsində, Ermənistanın işğalçılıq siyasətinin davam etməsində öz susqunluqları ilə tərəf saxlayıblar.
2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə əslində bu dövlətləri oyundan kənar vəziyyətdə saxladı, onların iradəsinin tam əksinə olaraq, işğalla barışmadı və öz torpaqları üzərində suveren hüquqlarını bərpa etdi", - deyə o qeyd edib.
İ.İsmayılov vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun üçüncü üzvü kimi Rusiyanın atəşkəsin əldə olunmasındakı aktiv rolu və münaqişə bölgəsinə sülhməramlı hərbi kontingetlə gəlməsi bu iki ölkənin oyundan tam şəkildə kənar saxlanılması anlamına gəlirdi.
"Bu gün Ermənistanın tam şəkildə hərbi cəhətdən kapitulyasiya olunduğunu artıq hamı görür. Çox təəssüf ki, bunu qəbul etmək istəməyən erməni lobbisi və onun ABŞ, Fransa kimi havadarları yenidən Ermənistan dövlətçiliyini risk altına salır, onun bitmiş gücünü hesablaya bilmir.
Bu cür dinləmələrə gəldikdə isə hesab edirəm ki, bunların heç bir hüquqi əsası və təsirləri ola bilməz. Bu addımlar daha çox erməni lobbisindən yararlanmağa çalışan siyasətçilərin sadəcə öz işlərinə və retinqlərinə yaraya bilər", - deyə o əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Paşinyan rus dili kursuna gedir
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
XƏBƏR LENTİ
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı





