Dünya

UNICEF-in rəhbəri Misirdə yaralandı, İsrailə səfəri təxirə salındı

15 Noyabr 2023 21:49
Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel çərşənbə axşamı Misirdə yol qəzasında xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" fond nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, yaraları səbəbindən onun İsrailə səfəri təxirə salınıb.

"Hesab edirik ki, "Rəfah" keçid məntəqəsinə gedərkən avtomobil böyük çuxura düşüb və ya ondan yayınmağa cəhd edib. bu, avtomobilin dərin xəndəyə sürüşərək yan üstə yuvarlanmasına səbəb olub", - fond nümayəndəsi bildirib.

O qeyd edib ki, Rassel xəsarətlər alıb və kiçik narahatlıqlar yaşayır, lakin onun yaraları ciddi hesab edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.