Dünya

Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir

14 Noyabr 2023 23:40
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşinqtonun mərkəzi bulvarında İsrailə dəstək məqsədi ilə "İsrail üçün yürüş" adlı kütləvi aksiya keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, səhər tezdən yürüş iştirakçıları Corc Vaşinqton abidəsi yaxınlığında, eləcə də Kapitol binasının qarşısına toplaşıblar. Onlar "Biz İsrailin yanındayıq!", "Atəşkəs yoxdur!", "Yəhudilərin həyatı əhəmiyyətlidir", "HƏMAS-ı məhv edin" kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların dərhal azad edilməsini tələb edirlər.

Yürüş Amerika yəhudi icmalarının çətir təşkilatı - Şimali Amerika Yəhudi Federasiyaları tərəfindən təşkil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.