Dünya

Məxfi məlumatları satan polis rəisi HƏBS EDİLDİ

12 Noyabr 2023 21:57
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məxfi dosyeləri satmaqda şübhəli bilinən Fransa Daxili İşlər Nazirliyinin əməkdaşı həbsxanaya göndərilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 32 yaşlı kişi Parisin 12-ci rayonundakı cinayət idarəsində polis briqadiri vəzifəsində çalışıb.

Onun işlədiyi müddətdə şifrələnmiş "Telegram" mesajlarından istifadə edərək yüzlərlə polis faylını satdığı bildirilir. Bu yolla o, qanunsuz olaraq bir neçə min avro qazanıb.

Müstəntiqlər polisin motivlərini ehtimal olunan qumar asılılığı ilə əlaqələndirirlər. Hüquq-mühafizə orqanının əməkdaşı ilə bağlı istintaq hələ yanvarda başlayıb.

Hazırda həbsdə olan polis əməkdaşı "dövlət vəzifəsini tutan şəxs tərəfindən sənədləri saxtalaşdırma", "aktiv korrupsiya" və "passiv korrupsiya" maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.