Dünya

Yaşayış evində DƏHŞƏTLİ YANĞIN: Ölənlər var

12 Noyabr 2023 19:21
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Tomsk şəhərində ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə TASS Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional qurumuna istinadən məlumat yayıb.

Yanğın noyabrın 12-nə keçən gecə yerli vaxtla saat 03:29-da Vanzetti küçəsindəki evdə baş verib. Alov 165 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər gələn zaman alov ikinci mərtəbədəki mənzilləri bürüyüb. Təcili yardım xidmətləri iki nəfəri pəncərələrdən çıxararaq xilas edib.

Yanğın yerli vaxtla saat 06:05-də söndürülüb. Onun söndürülməsinə 31 nəfər, 8 texnika iştirak edib. Hadisənin səbəbi məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.