İndoneziyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 5 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 39 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun