Dünya

Donuz ürəyi köçürülən ikinci xəstə də öldü

1 Noyabr 2023 14:10
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ikinci donuz ürəyi transplantasiyası xəstəsi Lourens Fosset ABŞ-da dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən bildirir ki,  bu barədə ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzinin bəyanatında deyilir.

Fossetin son mərhələ ürək çatışmazlığından əziyyət çəkdiyi qeyd edilir. Ənənəvi ürək transplantasiyası əvvəllər mövcud olan damar xəstəlikləri və ağırlaşmalara görə ona uyğun deyildi.

Xəstə donuz ürəyinin transplantasiyasına razılıq verdikdən sonra təxminən altı həftə yaşayıb.

"Böyük kədər hissi ilə dünyada ikinci geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası əməliyyatı keçirmiş, terminal ürək xəstəliyi olan 58 yaşlı Lourens Fossetin vəfatını elan edirik" deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Lourens Fossetə bu il avqust ayında donuz ürəyi köçürülmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.