Dünya

Netenyahu üzr istədi

29 Oktyabr 2023 15:26
Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu tənqidlərdən sonra "X" sosial sosial şəbəkə hesabında təhlükəsizlik xidmətlərinə qarşı ittihamların yer aldığı paylaşımı silib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazıb.

Qeyd olunur ki, Netanyahu HƏMAS hərəkatının yaraqlılarının hücumu barədə ona xəbərdarlıq etmədikləri üçün ölkənin təhlükəsizlik orqanlarını tənqid edib.

İsrail müxalifətinin lideri Yair Lapid qeyd edib ki, Netanyahu uğursuzluqlarda kəşfiyyat xidmətlərini günahlandıraraq "qırmızı xətti keçib".

"Netanyahunun 7 oktyabrda baş vermiş dağıdıcı hücumda təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran şərhlərinə görə qəzəb artıb", - nəşr yazıb.

Daha sonra Netanyahu bu postu hesabından silib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.