Dünya

Lukaşenko: Üçüncü Dünya müharibəsi başlaya bilər

27 Oktyabr 2023 16:51
Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.

Belarus lideri vurğulayıb ki, hazırda davam edən HAMAS-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.

Lukaşenkonun sözlərinə görə, İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasalar mütləq cavab alacaqlar: "Hazırda vəziyyəti gərginləşdirən İran deyil, onlar (İsrail və ABŞ - red.) iranlıları müharibəyə dartmağa çalışırlar".

Belarus Prezidentinin fikrincə HAMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur.

Lukaşenko Yaxın Şərqdəki vəziyyəti böyük fəlakət adlandırıb və bildirib ki, HAMAS döyüşçülərinin İran istehsalı olan silah-sursatlardan da istifadə etməsi İranın münaqişədə iştirakı demək deyil: "Dünyada silah ticarəti gedir və həmin silahlar hər hansı digər qüvvələrin vasitəsilə HAMAS-ın əlinə keçə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.