BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda mədən sənayesinin içməli su hövzələri üzərindəki təsirlərindən narahatlığını ifadə edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində qeyd edilib. Sənəddə Ermənistanın mədən sənayesinin İstisu gölü (Dərələyəz mahalı) və Göyçə gölünü çirkləndirməsindən xüsusi narahatlıq ifadə edilib. Qeyd olunub ki, mədən sənayesi fəaliyyətləri mənfi təsirlərə məruz qalmış icmaların içməli suya təhlükəsiz çıxışına təsir edib, onların su, qida və sağlamlıq hüququnun pozulması ilə nəticələnib, həmçinin təbiətə ziyan vurub.
Komitə Ermənistana su resurslarının lazımi şəkildə qorunmasını təmin etmək məqsədilə səylərini intensivləşdirmək, mədən sənayesinin əhalinin təhlükəsiz içməli suya çıxışını təhlükəyə atmamasını təmin etmək üçün bütün zəruri tədbirləri görmək çağırışı edib.
Milli.Az