Dünya

Netanyahu "Hizbullah"a xəbərdarlıq etdi

24 Oktyabr 2023 15:01
Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Baş naziri Benyamin Netanyahu "Hizbullah"a xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.

"Hizbullah" ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrail hökumət başçısı deyib.

Netanyahu əlavə edib ki, "Hizbullah" sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və "Hizbullah"a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.

"Hizbullah" dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.