Dünya

Dondurulmuş balıqlarda külli miqdarda kokain aşkarlandı

20 Oktyabr 2023 21:55
Baxış: 778
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mərakeşdə dondurulmuş balıqlarda 1,37 ton kokain aşkarlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" məlumat yayıb.

Konteynerlərdə gizlədilən şübhəli yüklə bağlı məlumat Krallığın Milli Təhlükəsizlik Baş İdarəsinə daxil olub.

Narkotik vasitənin mənşəyi və Mərakeşə çatdırılma marşrutunun müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, dondurulmuş balıq olan konteyner İspaniya vasitəsilə Latın Amerikası ölkələrindən gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.