Dünya

Kreml Ukraynanı, İran İsraili “silmək” istəyir

20 Oktyabr 2023 14:30
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı yer üzündən silmək istədiyi kimi, HƏMAS da İranın dəstəyi ilə İsraili yer üzündən silmək istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"HƏMAS-ın himayədarı olan İran ancaq xaos oduna yağ tökür. İrandan silah alan Rusiya da bunu diqqətlə izləyir. Rusiya və HƏMAS oxşardır. Tehrandakı dostları tərəfindən dəstəklənən bu terrorçular heç vaxt dayanmayacaqlar. Buna görə də İsrail beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malikdir. Və bu dəhşət qarşısında bizim kimi demokratik ölkələrin yalnız bir cavabı var: Biz İsrailin yanındayıq", - Leyen bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.