Dünya

İsrail Yaxın Şərqdə münaqişəyə son qoymağın şərtlərini açıqladı

18 Oktyabr 2023 07:06
Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HƏMAS yaraqlıları silahlarını yerə qoyandan və girovları azad edəndən sonra Yaxın Şərqdə döyüş fəaliyyətləri bitəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.

"Əgər HƏMAS sabah silahlarını yerə qoysa, bütün girovları qaytarsa ​​və təslim olsa, bu müharibə bitə bilər. Niyə HƏMAS-ı buna çağırmırsınız? Niyə bu qətnamənin bir hissəsi olmadı?" - deyə o bildirib.

Erdan Təhlükəsizlik Şurasını qruplaşmanı terror təşkilatı elan etməyə və İsrailin özünümüdafiə haqqını təkcə sözlə dəstəkləməməyə çağırıb. Erdanın sözlərinə görə, HƏMAS-ın məqsədi İsraili məhv etməkdir. O əlavə edib ki, ölkənin təhlükəsizliyi üçün İsrail HƏMAS-ı məhv etməlidir.

"Xərçəngin müalicəsi üçün tək bir həll yolu var. Bu o deməkdir ki, bütün xərçəng hüceyrələri məhv edilməlidir", - deyə diplomat bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.